az en
News / Bu gün saat 16:00. Türkiyə (U-16) - Azərbaycan (U-16)

Bu gün saat 16:00. Türkiyə (U-16) - Azərbaycan (U-16)

U-16 Dərc olundu: 04.10.2024 Çap
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək.
Bu gün saat 16:00. Türkiyə (U-16) - Azərbaycan (U-16)
U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor