az en
News / Millimiz (U-16) MDB Oyunlarının gümüş medallarını qazandı

Millimiz (U-16) MDB Oyunlarının gümüş medallarını qazandı

U-16 Dərc olundu: 04.10.2025 Çap
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təşkil olunan III MDB Oyunlarında final matçına çıxıb.
Millimiz (U-16) MDB Oyunlarının gümüş medallarını qazandı
U-16 həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.
Bununla Rusiya yığması III MDB Oyunlarının qalibi olub, Azərbaycan millisi isə gümüş mükafat qazanıb. 3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanan Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor