Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
C Liqasının 4-cü qrupunda yer alan millimiz Vilnüsdə Litva yığmasının qonağı olacaq. “Jalgiris” stadionunda təşkil olunacaq qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
4 aprel
Litva (Qadınlar) - Azərbaycan (Qadınlar)
Jalgiris stadionu. Saat 19:30
Baş hakim: Marina Zechner
Baş hakimin köməkçiləri: Biljana Iskin, Linda Thieme
Dördüncü hakim: Lena Hirtl
(Hakimlər briqadası Avstriyadandır)