Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyuna çıxacaq.
Millimiz paytaxt Dəkkədə yerli komanda ilə qarşılaşacaq. Milli Stadionda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
İlk matçında Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri bugünkü görüşdə məğlub olmasa, turniri qalib tamamlayacaq.