az en
News / Bu gün saat 20:00: “Linkoln” - “Qarabağ”

Bu gün saat 20:00: “Linkoln” - “Qarabağ”

Çempionlar Liqası Dərc olundu: 23.07.2024 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Cəbəllütariqdə yerli “Linkoln” kollektivi ilə qarşılaşacaq.
Bu gün saat 20:00: “Linkoln” - “Qarabağ”
“Europa Point” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Macarıstandan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
23 iyul
 
“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
Europa Point stadionu. Saat 20:00
Baş hakim: İstvan Vad
Baş hakimin köməkçiləri: Vensel Tot, İstvan Albert
Dördüncü hakim: Bence Csonka
Baş Sponsor