Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq. Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
23 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - CSKA (Sofiya, Bolqarıstan)
Baş hakim: Daniele Kiffi
Baş hakimin köməkçiləri: Covanni Bakkini, Alessandro Lo Çiçero
Dördüncü hakim: Daniele Perenzoni
VAR: Valerio Marini
AVAR: Federiko La Penna
(Hakimlər briqadası İtaliyadandır)
Tofiq Bəhramov adına Respublika Stadionu