Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxacaq. Ağdam klubu I təsnifat mərhələsi matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Moldovadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
9 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya)
Baş hakim: Roman Jitari
Baş hakimin köməkçiləri: Vlad Lifciu, Vadim Vicol
Dördüncü hakim: Andrei Brequta
(Hakimlər briqadası Moldovadandır)
VAR hakimləri: Luka Sibelli, Anojen Kanaqasinqam (hər ikisi İsveçrə)
Tofiq Bəhramov adına Respublika Stadionu