Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Sloveniyanın “Selye” kollektivini qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
10 iyul
“Sabah” (Azərbaycan) – “Selye” (Sloveniya)
Bank Respublika Arena. Saat 20:00
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Samat Terqeussizov, Sergey Kalaçyov
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)
VAR: Bastien Deşepi (Fransa)
AVAR: Aidin Tassibayev (Qazaxıstan)