az en
News / Bu gün saat 21:00: İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)

Bu gün saat 21:00: İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)

A milli (Qadınlar) Dərc olundu: 16.07.2024 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Bu gün saat 21:00: İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)
B Liqasının 1-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə qarşılaşacaq. Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
16 iyul
 
İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)
Olimpik De La Pontez stadionu. Saat 21:00
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
Baş Sponsor