UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin pley-off mərhələsində cavab oyununu keçirəcək. Təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq oyunda Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq. “CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Qeyd edək ki, “Qarabağ” ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gəlib.