Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq. Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Enshede şəhərində yerləşən “Tvente” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Albaniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.