Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində ilk oyuna çıxıb. Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olub. Enshede şəhərində yerləşən “Tvente” stadionunda keçirilən görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.