az en
News / Canni De Byazi ilə müqavilə imzalanıb

Canni De Byazi ilə müqavilə imzalanıb

AFFA Dərc olundu: 30.07.2020 Çap
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb.
Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.
Canni De Byazi ilə müqavilə imzalanıb
Baş Sponsor 
Partnyorlar