az en
News / Elçin Məsiyev Millətlər Liqasına təyinat aldı

Elçin Məsiyev Millətlər Liqasına təyinat aldı

Hakimlər Dərc olundu: 15.11.2024 Çap
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Elçin Məsiyev Millətlər Liqasına təyinat aldı
E.Məsiyev UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baş Sponsor