az en
News / Çempionlar Liqası: “Neftçi” Avstriya klubu ilə qarşılaşıb

Çempionlar Liqası: “Neftçi” Avstriya klubu ilə qarşılaşıb

Çempionlar Liqası Dərc olundu: 04.09.2024 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası I mərhələnin oyununa çıxıb. 
Çempionlar Liqası: “Neftçi” Avstriya klubu ilə qarşılaşıb
Komanda Çempionlar yolunun II qrupu çərçivəsində Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb. Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç Avstriya klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə “Vlajniya” (Albaniya) yerli “Lançxuti”ni (Gürcüstan) 3:0 hesabı ilə məğlub edib.
Sentyabrın 7-də “Sankt-Pölten”lə “Vlajniya” finalda, “Neftçi” ilə “Lançxuti” isə üçüncü yer uğrunda matçda üz-üzə gələcəklər.
Baş Sponsor 
Partnyorlar