az en
News / Çempionlar Liqası: Təmsilçimizdən böyükhesablı qələbə

Çempionlar Liqası: Təmsilçimizdən böyükhesablı qələbə

Futzal Dərc olundu: 21.08.2024 Çap
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə birinci oyununa çıxıb.
Çempionlar Liqası: Təmsilçimizdən böyükhesablı qələbə
H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirib. İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında təşkil olunan görüşdə təmsilçimiz böyükhesablı qələbə qazanıb - 7:1. "Araz-Naxçıvan"ın heyətində qolları Giovanni Valerio (2:06, 19:33, 20:32), Kənan Manafov (21:01), Yaniç Aleksandar (26:54), Amadeu (32:18) və Emil Həsənzadə (39:16) vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” II tur çərçivəsində avqustun 22-də Estoniyanın “Sillamae Silla” komandası ilə üz-üzə gələcək. Eyni məkanda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Baş Sponsor