“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfransının vaxtında dəyişiklik edilib. Martın 26-da baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:
26 mart
Sent Lüsiya milli komandası
18:15. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)