az en
News / Futzal üzrə milli komandamızın rəqibləri müəyyənləşib

Futzal üzrə milli komandamızın rəqibləri müəyyənləşib

Futzal Dərc olundu: 30.05.2024 Çap
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
Futzal üzrə milli komandamızın rəqibləri müəyyənləşib
Bu gün keçirilən püşkatma mərasimi zamanı millimiz Xorvatiya, İsveç və Yunanıstan yığmaları ilə 5-ci qrupda yer alıb. Ev-səfər prinsipi ilə keçiriləcək qrup mərhələsinin oyunlarından sonra birinci yeri tutacaq komandalar 2026-cı ildə Latviya və Litvada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off görüşlərində qarşılaşacaq.
Əsas mərhələnin oyunları 9-18 dekabr 2024-cü il, 27 yanvar – 5 fevral 2025-ci il, 3-12 mart 2025-ci il və 7-16 aprel 2025-ci il tarixində keçiriləcək.
Baş Sponsor