İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə şəhər stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib. Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb. Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə şəhər stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.