az en
News / Əli Cəbrayılov Çempionlar Liqası oyunlarında

Əli Cəbrayılov Çempionlar Liqası oyunlarında

Futzal Dərc olundu: 12.08.2024 Çap
Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Əli Cəbrayılov Çempionlar Liqası oyunlarında
Ə.Cəbrayılov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin B qrupunun oyunlarında ədaləti qoruyacaq. O, avqustun 21-də keçiriləcək “Fiorentino” (San Marino) – “Amigo Northwest” (Bolqarıstan) oyununda birinci, avqustun 22-də təşkil olunacaq “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amigo Northwest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) matçında isə ikinci hakim olacaq.
B qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da baş tutacaq.
Baş Sponsor