FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, onun həmyerlisi Jeroen Manşot isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 4-də Praqadakı “Eden Arena”da keçiriləcək.