AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçirilir.
Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın ilk iki günündə 11 oyun baş tutub.
Qeyd edək ki, 9 komandanın iştirakı ilə keçirilən turnirə iyunun 24-də yekun vurulacaq.
Respublika turnirində ilk iki günün nəticələrini diqqətinizə çatdırırıq:
Lənkəran – Xaçmaz – 4:3
Bakı - Gəncə - 0:1
Bərdə - Mingəçevir – 4:2
Sumqayıt – Şirvan – 5:2
Şəki - Lənkəran – 0:4
Mingəçevir - Xaçmaz - 1:1
Bərdə - Şəki - 3:2
Şirvan - Bakı - 3:2
Gəncə - Sumqayıt - 1:3
Lənkəran – Mingəçevir - 8:2
Xaçmaz – Şəki - 3:1