az en
News / Millimiz (Qadınlar) Macarıstan yığması ilə qarşılaşıb

Millimiz (Qadınlar) Macarıstan yığması ilə qarşılaşıb

A milli (Qadınlar) Dərc olundu: 12.07.2024 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Millimiz (Qadınlar) Macarıstan yığması ilə qarşılaşıb
B Liqasının I qrupunda yer alan millimiz beşinci matçında Macarıstan yığması ilə qarşılaşıb. “Liv Bona Dea Arena"da təşkil olunan görüş Macarıstan seçməsinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.
Baş Sponsor