az en
News / Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə

Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə

Çimərlik futbolu Dərc olundu: 07.04.2026 Çap
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.
Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə
Millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.
Baş Sponsor