az en
News / Millimizin (Futzal) heyəti açıqlanıb

Millimizin (Futzal) heyəti açıqlanıb

A milli (Futzal) Dərc olundu: 09.12.2024 Çap
Dekabrın 17-də AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışına başlayıb.
Millimizin (Futzal) heyəti açıqlanıb
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan”ın və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
 
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”).
 
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç oyunu saat 20:00-da başlayacaq.
Baş Sponsor