Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində ilk oyununu keçirib.
5-ci qrupda yer alan millimiz Bakıda İsveç yığmasını qəbul edib. Bakı İdman Sarayında təşkil olunan görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın heyətində qolları 2-ci və 40-cı dəqiqələrdə Oktay Rüstəmli, 23-cü dəqiqədə isə Xəzər Ağalızadə vurub.
Qeyd edək ki, futzalçılarımız qrupda növbəti oyunlarını 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiya yığmasına qarşı keçirəcəklər.