az en
News / Mükafatlar təqdim olunub (fotoreportaj)

Mükafatlar təqdim olunub (fotoreportaj)

Premyer Liqa Dərc olundu: 19.05.2021 Çap
Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün qalibi məlum olub. Bu gün keçirilmiş sonuncu – 28-ci turun “Neftçi” – “Qarabağ” oyununda rəqibini 1:0 hesabı ilə məğlub edən “Neftçi” Azərbaycan çempionu adını qazanıb. “Dalğa Arena”da keçirilən son oyundan sonra 2020/2021-ci illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
 
Mükafatlar təqdim olunub (fotoreportaj)
Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev iştirak edib. Mövsümü mükafatçılar sırasında başa vurmuş “Sumqayıt”, “Qarabağ” və “Neftçi” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar. Həmçinin 19 qolla Premyer Liqanın 2020/2021-ci illər mövsümünün ən məhsuldar oyunusu olan Namik Ələskərov xüsusi mükafata layiq görülüb.
 
Mərasimin sonunda “Neftçi” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar