İlk olaraq Siyəzən rayonunda 5-ci və 7-ci sinif oğlanlar arasında oyunlar keçirilib. 7-ci sinifdə 12, 5-ci sinifdə isə 10 məktəbin şagirdləri arasında mübarizə başlayıb.
Turnirin son günündə bağlanış mərasimi təşkil olunacaq. Daxili birincilik başa çatdıqdan sonra hər iki qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.
İlk günün nəticələrini nəzərinizə çatdırırıq:
5-ci siniflər
Gilgilçay qəsəbəsi - 4 nömrəli məktəb - 3:1
3 nömrəli məktəb - Zarat - 2:1
7-ci siniflər
Yenikənd - 1 nömrəli məktəb - 1:7
Böyük Həmyə - Gilgilçay qəsəbəsi - 4:7