az en
News / Naxçıvanda turnir keçirilib

Naxçıvanda turnir keçirilib

Turnir Dərc olundu: 27.08.2025 Çap
AFFA-nın dəstəyi, Naxçıvan Futbol Federasiyası (NFF) və Naxçıvan Muxtar Respublikası GİN-nin Ordubad rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində kənd komandaları arasındakı turnir keçirilib.
Naxçıvanda turnir keçirilib
Ordubadda təşkil olunan yarışda rayonun şəhər və kəndlərdən ibarət 10 komandası iştirak edib. AFFA tərəfindən təyin olunan naxçıvanlı hakimlərin idarə etdiyi turnirdə Kələntər kəndi I yer, Düylün kəndi II yer, Ordubad şəhər komandası isə III yeri tutub. Qalib komandalara NFF və Ordubad rayon Gİİ tərəfindən kubok, medal, diplom və hədiyyələr təqdim olunub.
Bu layihənin gələcəkdə digər rayonlarda da keçirilməsi planlaşdırılır. Məqsəd gələcəkdə kənd komandalarında fərqlənmiş oyunçulardan ibarət vahid komanda yaratmaq və Region Liqasında Muxtar Respublikanı təmsil etməkdir.
Baş Sponsor