az en
News / “Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib

“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib

Çempionlar Liqası Dərc olundu: 05.07.2024 Çap
Bu gün qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci mərhələsinin püşkatma mərasimi keçirilib. Püşk nəticəsində Azərbaycan futbolu tarixində ilk dəfə bu turnirə vəsiqə qazanan “Neftçi”nin rəqibi müəyyənləşib. Bakı təmsilçisi bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq. Birinci mərhələnin oyunları sentyabrın 4-də və 7-də keçiriləcək.
“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib
Baş Sponsor