az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.01.2021 Çap
21.01.2021-ci ildə Premyer Liqanın XIV turunun “Zirə”  – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir (maddə 60).
İntizam Komitəsinin qərarları
21.01.2021-ci ildə Premyer Liqanın XIV turunun “Zirə” - “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
21.01.2021-ci ildə Premyer Liqanın XIV turunun “Zirə” - “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
21.01.2021-ci ildə Premyer Liqanın XIV turunun “Səbail” - “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
22.01.2021-ci ildə Premyer Liqanın XIV turunun “Keşlə” - “Sumqayıt” oyununda matçın 38-ci dəqiqəsində “Keşlə” klubunun 22 nömrəli futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 47).
 
Baş Sponsor 
Partnyorlar