az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.01.2023 Çap
21 yanvar 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Ağstafa” – “VT - Gəncə” oyununda “VT - Gəncə”  komandası oyuna vaxtında gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “VT - Gəncə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
İntizam Komitəsinin qərarları
22 yanvar 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Dirçəliş” – “Şirvanovka” oyununda “Dirçəliş” klubu həkim briqadası və polis təşkil etmədiyinə görə oyun baş tutmadığı üçün “Dirçəliş” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 59.2)
 
17 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” –“Kəpəz” oyununda “Kəpəz” klubunun 4 nömrəli futbolçusu Elşən Mirzəyev qarşılaşmanın 90-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
17 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” –“Kəpəz” oyununda “Kəpəz” klubunun köməkçi məşqçisi Mustafa Əsədov qarşılaşmanın 85-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 41.4)
 
19 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında oyununda “Turan Tovuz” – “Qəbələ” İK oyununda “Qəbələ” İK klubunun 14 nömrəli futbolçusu Aqşin Yaqubov qarşılaşmanın 79-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansındırılsın (maddə 36.1)
 
19 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” – “Qəbələ” İK oyununda “Qəbələ” İK klubunun 5 nömrəli futbolçusu Murad Musayev qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
19 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Həmzəalı Mikayılov qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə  4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
21 yanvar 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən EFA – “Qarabağ” oyununda EFA klubunun 1 nömrəli futbolçusu Nadir Nadirov qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
13 yanvar 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” –“Neftçi” PFK oyununda “Neftçi” klubunun 3 nömrəli futbolçusu Fərid Əhmədov qarşılaşmanın 23-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” oyununda “Sumqayıt” klubunun 1 nömrəli oyunçusu Ramal Qəmbərov ilə “Lion” klubunun 7 nömrəli futbolçusu Hüseyn Hüseynov arasında mübahisə düşdüyünə görə Ramal Qəmbərov 5 oyun cəzalandırılsın. (maddə 38.1)
 
25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” oyununda “Lion” klubunun 7 nömrəli futbolçusu Hüseyn Hüseynov ilə “Sumqayıt” klubunun 1 nömrəli oyunçusu Ramal Qəmbərov arasında mübahisə düşdüyünə görə Hüseyn Hüseynov 5 oyun cəzalandırılsın. (maddə 38.1)
 
 
Baş Sponsor 
Partnyorlar