10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 11);
10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);
10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).
09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən İCBFA - “Cürət” oyununda “Cürət” komandasının heyətində N15 futbolçu Nurlan Abasov qarşılaşmanın 33-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “City Baku” - “Record Club” oyununda “City Baku” komandasının heyətində N10 futbolçu İsmayıl İsmayılov qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “City Baku” - “Record Club” oyununun 90+4-cü dəqiqəsində “City Baku” komandasının baş məşqçisi Elbrus Fəttayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 42.4);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “City Baku” - “Record Club” oyununun 90+3-cü dəqiqəsində “Record Club” komandasının heyətində N1 futbolçu Emil İsrəfilov rəqib oyunçunu bilərəkdən əli ilə vurduğuna görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 40.3);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şəki” FK – “Göyəzən” PFK oyununda “Şəki” FK komandasının heyətində N7 futbolçu Rauf Səlimov qarşılaşmanın 67-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Qobustan” FK – “Masallı” PFK oyununda “Qobustan” FK komandasının heyətində N8 futbolçu Maşallah Zeynalov qarşılaşmanın 30-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41);
10 dekabr 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Ağstafa Gəncləri” – “Qarxun” FK oyununda “Qarxun” FK komandasının köməkçi məşqçisi Akif Rəhimov qarşılaşmanın 8-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır (maddə 43.4);
9 dekabr 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” PFK FK – “Səbail” FK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində N21 futbolçu Natiq Ağamaliyev qarşılaşmanın 81-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41);
9 dekabr 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Kəpəz” PFK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində N10 futbolçu Rahil İbrahimov qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
9 dekabr 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Atletico Baku” FC – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində N13 futbolçu Rəvan Teymurov qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
9 dekabr 2023-cü il tarixində AFFA U-16 keçirilən “Kəpəz” PFK FK – “Masallı” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində N12 futbolçu Rasim Səmədzadə qarşılaşmanın 21-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41);
9 dekabr 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən İCBFA – “Qəbələ” İK oyununda “Qəbələ” İK komandasının heyətində N11 futbolçu Ömər Yusubov qarşılaşmanın 5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 40.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Zirə” PFK – “Sabah” FK oyununda “Zirə” PFK komandasının heyətində N2 futbolçu Kamal Qasımlı qarşılaşmanın 80+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 43.3);
10 dekabr 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Zirə” PFK – “Sabah” FK oyununda “Zirə” PFK komandasının baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır (maddə 43.4);
10 dekabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Çıraqqala” (Şabran) –UGİM (Xızı) oyununda “Çıraqqala” (Şabran) komandasının heyətində N36 futbolçu Həsən Ramazanov qarşılaşmanın 76-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 40.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Çıraqqala” (Şabran) –UGİM (Xızı) oyununun 76-cı dəqiqəsində UGİM (Xızı) komandasının heyətində N24 futbolçu Azad Əlizadə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 40.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Azərbaycan Qartalları” FK-“Zirə” PFK oyununda “Azərbaycan Qartalları” FK komandasının heyətində N9 futbolçu Cavad Əliyev qarşılaşmanın 20-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 39.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Azərbaycan Qartalları” FK-“Zirə” PFK oyununun 72-ci dəqiqəsində “Zirə” PFK komandasının heyətində N15 futbolçu Nurxan Hanifəliyevin rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 43.1);
9 dekabr 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Metak” FK-“Çıraqqala” (Şabran) oyununun 42-ci dəqiqəsində “Metak” FK komandasının baş məşqçisi Mehman Səfərov aqressiv hərəkətlərə və oyunun gedişatına mane olduğu üçün qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır (maddə 36.8);
9 dekabr 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Ulduz” FA – “Zirə” PFK oyununda “Zirə” PFK komandasının heyətində N2 futbolçu Hüseyn Abbaszadə qarşılaşmanın 52-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
10 dekabr 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Paralimpiya” – “Həkəri” oyununda “Həkəri” komandasının heyətində N5 futbolçu Cəlil Eyzadi qarşılaşmanın 25-ci dəqiqəsində öz komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 43.3);
9 dekabr 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Araz Baku” – “Antiguoko İnternational” oyununun 20-ci dəqiqəsində “Antiguoko İnternational” komandasının məşqçisi Oktay Əlizadə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 42.4);
10 dekabr 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Baku Sporting” – “Zirə” PFK oyununda “Zirə” PFK komandasının heyətində N3 futbolçu Arif Quliyev qarşılaşmanın 57-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
10 dekabr 2023-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Kürdəmir” FK - “Çinar” (Göyçay) oyununda “Kürdəmir” FK komandasının baş məşqçisi Həşimov Əfrail hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 42.4);
10 dekabr 2023-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Gəncəvi” (Gəncə)-“Qoşqar” (Gəncə) oyununun “Qoşqar” komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Qoşqar” komandasında bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə “Qoşqar” komandası yarışlardan kənarlaşdırılır (maddə 63.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Binə” FK – “Zəngəzur” FK oyununun “Zəngəzur” FK komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Zəngəzur” FK komandasında bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zəngəzur” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
10 dekabr 2023-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Xətai” FK – “Zirə” PFK oyununun “Xətai” FK komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına və “Xətai” FK komandasında bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə “Xətai” FK komandası yarışlardan kənarlaşdırılır (maddə 63.1);.
AFFA U-13 Liqasında iştirak edən “Baku Sporting” komandasının heyətində yer alan N9 futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sporting” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sporting” (1:5), III tur “Baku Sporting” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sporting” (2:4), V tur “Baku Sporting” - ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sporting” (2:1), VII tur “Baku Sporting” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sporting” (2:2), IX tur “Baku Sporting” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sporting” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilsin. Sənədlərin saxtalaşdırılmasında iştirak etmiş “Baku Sporting” klubunun məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılsın (maddə 61.2, 100)
07.12.2023-cü il tarixində Futzal üzrə Yüksək Liqada keçirilməli olan “Baku Fire” – “Record club” oyununun “Baku Fire” komandası əsasnamə ilə tələb olunan vaxt ərzində oyun protokolunu təqdim etmədiyinə, lakin “Baku Fire” komandası vaxtında oyuna gəldiyinə görə matç yenidən keçirilsin. Oyunun keçirilməsi Azərbaycan Futzal Federasiyasına həvalə edilsin (maddə 1);
07.12.2023-cü il tarixində Futzal üzrə I Liqada keçirilən PFL – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” komandasının oyunçusu Balarza Qədirli oyunun 12-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
25.11.2023-cü il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda “Şəmkir” komandası Əsasnamə qaydalarını pozaraq protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş 6 nömrəli futbolçu Aysel Ziyadovanı oyuna daxil etdiyinə görə “Şəmkir” klubuna texniki məğlubiyyət verilsin. Matçın hesabı olduğu kimi saxlanılsın (maddə 61.2);
09.12.2023-cü il tarixində AFFA U-14 Qızlar Liqasının “Ümid” TİM (Gəncə) – “Mingəçevir” oyununda “Ümid” TİM komandasının oyunçusu Mədinə Həmzəyeva ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
10.12.2023-cü il tarixində U-17 Qızlar Liqasının “Sumqayıt” – “Baku Sportinq” oyununun 41-ci dəqiqəsində “Baku Sportinq” komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır (maddə 43.4).