az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.05.2024 Çap
18.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7)
İntizam Komitəsinin qərarları
17.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 51.8);
 
19.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununda diktor PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Şamaxı” klubu 50 manat cərimə edilir (maddə 80);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununun 83-cü dəqiqəsində “Araz Saatlı” klubunun 29 nömrəli futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Difai Ağsu” – “Zaqatala” oyununun 33-cü dəqiqəsində “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zaqatala” klubu 300 manat cərimə edilir (maddə 40.3);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun MOİK – “İmişli” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 74.1);
 
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Mingəçevir” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Dinamo” klubu 300 manat cərimə edilir (maddə 40.3);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 32-ci dəqiqəsində “Sheki City” komandasının 62 nömrəli futbolçusu Elnar Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 41);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Sheki City” komandasının 99 nömrəli futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 40.3);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununda “Sheki City” komandası oyunun ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);
 
20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Füzuli” klubu 150 manat cərimə edilir (maddə 52.2);
 
21.05.2024-cü il tarixində II Liqada XXVI turun “Kür-Araz” – “Şəmkir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 70.1);
 
21.05.2024-cü il tarixində II Liqada XXVI turun “Kür-Araz” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
19.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Kəpəz-2” – “Zirə-2” oyununun 86-cı dəqiqəsində “Kəpəz-2” komandasının 20 nömrəli futbolçusu Mahir Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
19.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Kəpəz-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Zirə-2” komandasının 27 nömrəli futbolçusu Tamerlan Burcəliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Zirə-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);
 
20.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Səbail-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Səbail-2” komandasının 97 nömrəli futbolçusu Oruc Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
20.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Səbail-2” – “Neftçi-2” oyununun 64-cü dəqiqəsində “Səbail-2” komandasının 15 nömrəli futbolçusu Vüqar Həsənov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Səbail-2” komandası 150 manat cərimə edilir (maddə 39.1).
 
19 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyəzən” PFK – “Ümid” FK (Saatlı) oyununda “Göyəzən” PFK komandasının heyətində 77 nömrəli futbolçu Məhərrəm Hacıyev qarşılaşmanın 89-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 39.1);
 
19 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyəzən” PFK – “Ümid” FK (Saatlı) oyununda “Ümid” FK (Saatlı) komandasının heyətində 8 nömrəli futbolçu Fərid Mürsəlov qarşılaşmanın 89-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
16 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “European Football Academy” oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 11 nömrəli futbolçu Kazım Zülfüqarlı qarşılaşmanın 90+cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
18 may 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ” İK komandasının baş məşqçisi Şəhruz Mustafayev qarşılaşmanın 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
18 may 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ” İK komandasının bir qrup azarkeşi meydana daxil olaraq qarşılaşmanın 74-cü dəqiqəsində rəqib komandanın oyunçularını təhqir etmələri və onlara fiziki təzyiq göstərməyə cəhd etdiklərinə görə “Qəbələ” İK komandasına xəbərdarlıq edilir, “Qəbələ” İK komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);
 
18 may 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Qəbələ” İK – “Sumqayıt” FK oyunu bitdikdən sonra “Qəbələ” İK komandasının 14 nömrəli futbolçusu Əli Nəcəfov hakimləri və rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
18 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Vətən İOEUGFMPHŞ” – “Araz Saatlı” oyununda “Vətən İOEUGFMPHŞ” komandasının heyətində 16 nömrəli futbolçu Murad Qocayev qarşılaşmanın 81-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
18 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Amasiya” FK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının baş məşqçisi İntiqam Rəhimov qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
19 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Araz Saatlı” – “Masallı” oyununda “Araz Saatlı” komandasının heyətində 5 nömrəli futbolçu Akif Şıxəliyevin qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
18 may 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Vətən İOEUGFMPHŞ” – “Binə” FK oyununda “Binə” FK komandasının heyətində 10 nömrəli futbolçu Nazim Nağının qarşılaşmanın 50-ci dəqiqəsində qeyri-etik ifadələrdən istifadə etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın (maddə 43.1);
 
18 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin IV turu çərçivəsində keçirilən “Balaxanı” FK – “Xanlıq” FK oyununda “Xanlıq” FK komandasının heyətində 8 nömrəli futbolçu Tərlan Məmmədov qarşılaşmanın 90+1-ci dəqiqəsində hakimin qərarına etiraz edilməsinə görə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.1);
 
19 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin IV turu çərçivəsində keçirilən  “Ramana” FK - ROFM oyununda ROFM komandasının heyətində 82 nömrəli futbolçu Nihad Həsənov qarşılaşmanın 70-ci dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə, qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
19 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin IV turu çərçivəsində keçirilən “Goranboy” OİK – “Xocalı” FK oyunu başa çatdıqdan sonra “Xocalı” FK komandasının baş məşqçisi Amil Mamedov meydana girərək sərt şəkildə hakimlərə etiraz etdiyinə görə qırmızı vərəqə göstərildiyi üçün 2 oyun cəzalandırılsın (maddə 42.3)
 
19 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin IV turu çərçivəsində keçirilən “City Baku” FK – “Ramana” FK-2 oyununun 67-ci dəqiqəsində “Ramana” FK-2 komandası əvəzetmə limitini pozduğuna görə “Ramana” FK-2 komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor