Hər il oluğu kimi cari mövsümün sonunda növbəti ilə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək. Oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları və sənədlər haqda məlumatlar veriləcək.
Treninqlərdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatın aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olacaq.
|
Treyninq tarixləri
|
Saat
|
Şəhər
|
Yer
|
|
16.04.2018
|
10:00
|
Sumqayıt
|
Kapital Bank Arena
|
|
17.04.2018
|
11:00
|
Lənkəran
|
UGIŞM stadionu
|
|
18.04.2018
|
11:00
|
Ağsu
|
Ağsu şəhər stadionu
|
|
19.04.2018
|
11:00
|
Gəncə
|
Kəpəz stadionu
|
|
20.04.2018
|
11:00
|
Qəbələ
|
Böyük Əmilli kənd stadionu
|
|
01.05.2018
|
11:00
|
Bakı
|
AFFA inzibati bina konfrans zalı
|
Məlumat üçün bildiririk ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. 2016/17-ci il mövsümündən “Futbola Qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017/18-ci il mövsümündən etibarən “Futbola Qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatını özü həyata keçirir.
İlkin qeydiyyatın başlama müddəti 01.06.2018, bitmə müddəti 31.07.2018-ci il tarixləridir.
Klub və komandalar aşağıdakı qeydiyyat prosesini özləri aparacaq:
- yeni oyunçuların, məşqçilərin və inzibati heyətin qeydiyyatı
- icarələr
- transferlər
- heyət yenilənmələri
“Futbola Qoşul” proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir.
Bu sistemdə yalnız oyunların təşkili şöbələri tərəfindən yarışlara buraxılan klublar öz qeydiyyatını apara bilər.
Qeydiyyat qaydaları:
1. İlk olaraq (köhnə klublar – AFFA bazasında artıq mövcud olanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri kluba yarışlara qatılmaq hüququ tanıdıqdan sonra Qeydiyyat şöbəsinə
[email protected] maili vasitəsi ilə bu klublar barəsində məlumat verməlidir;
2. Yeni (AFFA bazasında mövcud olmayanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri kluba yarışlara qatılmaq hüququ tanıdıqdan sonra Klublara təqdim olunan
“Klub anketi"ni doldurmaq üçün təqdim etməlidirlər. Son olaraq oyunların təşkili şöbələri doldurulmuş anketlə birgə Qeydiyyat şöbəsinin
[email protected] mailinə bu klublar barəsində məlumat göndərməlidir;
3. ”Futbola Qoşul” platformasında hər bir özünün qeydiyyatını aparmaq istəyən klub (yeni və ya köhnə) “Qeydiyyatdan keç” yerindən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra müvafiq klub və klub üçün təqdim olunan rolu (rolları) seçib AFFA-ya təqdim etməlidir.
4. Müvafiq klub və rol (rollar) seçildikdən sonra Klub saytda göstərilən email
[email protected] və ya (012) 404 27 66 telefonundan istifadə edərək təsdiq üçün Qeydiyyat şöbəsinə məlumat verməlidirlər.
5. Yalnız Qeydiyyat şöbəsinin rolu (rolları) təsdiqindən sonra klub öz səhifəsinə daxil olaraq hər hansı qeydiyyat əməliyyatı apara bilər.