az en
News / Qadınlar Super Liqasının növbəti iki oyunu "DAZN" yayım platformasında yayımlanacaq

Qadınlar Super Liqasının növbəti iki oyunu "DAZN" yayım platformasında yayımlanacaq

AFFA Qadınlar Super Liqası Dərc olundu: 06.11.2026 Çap
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasının iki oyunu FIFA+ TV tərəfindən "DAZN" yayım platformasında canlı yayımlanacaq.
Qadınlar Super Liqasının növbəti iki oyunu "DAZN" yayım platformasında yayımlanacaq
IV tur çərçivəsində noyabrın 7-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” (12:00) və “Neftçi” – “Liman” (13:00) görüşləri platformada canlı təqdim olunacaq.
Matçları aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
 
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlardan seçilmiş matçları və video məzmunu əhatə edir. Proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və UEFA Millətlər Liqasının seçmə görüşləri, aşağı yaş qrupları üzrə liqalar, Qadınlar Super Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video materiallar daxildir.
Baş Sponsor