Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxıb. Ağdam klubu I təsnifat mərhələsi matçında İslandiyanın “Vestri” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə “Qarabağ” böyükhesablı qələbə qazanıb – 3:0. Təmsilçimizin heyətində qolları 30-cu dəqiqədə Zakariya Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Reykyavikdə keçiriləcək.