az en
News / “Qarabağ” Çempionlar Liqasının ilk oyununda qələbə qazanıb

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qələbə qazanıb

Çempionlar Liqası Dərc olundu: 23.07.2024 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxıb. Komanda Cəbəllütariqdə yerli “Linkoln” kollektivinin qonağı olub.
“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qələbə qazanıb
“Europa Point” stadionunda keçirilən görüşdə Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində qolları 45+2-ci dəqiqədə Juninyo Olavio və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Komandalar arasında cavab oyunu iyulun 30-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Baş Sponsor