Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində növbəti oyununa çıxıb.
Komanda Bakıda Fransanın “Lion” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində qolu 88-ci dəqiqədə penaltidən Olavio Juninyo vurub.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin “Elfsborq” klubuna qarşı keçirəcək.