“Qarabağ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununu keçirib.
Səfərdə Finlandiyanın HİK klubu ilə qarşılaşan təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov və 56-cı dəqiqədə Yassin Benzia vurub. İlk oyunda də 2:1 hesabı ilə qələbə qazanan Ağdam klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” bu nəticə ilə UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində iştirak etmək hüququnu təmin edib. Qurban Qurbanovun komandası Avropa Liqasının pley-off-unda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 24-də səfərdə olacaq.