az en
News / “Qarabağ” rəqibini yenə böyük hesabla məğlub etdi

“Qarabağ” rəqibini yenə böyük hesabla məğlub etdi

Avrokubok Dərc olundu: 17.07.2026 Çap
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” I təsnifat mərhələsində cavab oyununa çıxıb. Ağdam klubu İslandiyanın “Vestri” komandasının qonağı olub.
“Qarabağ” rəqibini yenə böyük hesabla məğlub etdi
Evdə baş tutan ilk oyunda 3:0 hesablı qələbə qazanan “Qarabağ” Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionundakı görüşdə də rəqibini məğlub edib. Qurban Qurbanovun yetirmələri bu dəfə də 3:0 hesablı qalibiyyət əldə ediblər. Təmsilçimizin heyətində qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 57-ci dəqiqədə Zakaria Savo vurublar.
Beləliklə, “Qarabağ” II təsnifat mərhələsinə adlayıb. Ağdamlıların bu raunddakı rəqibi Bolqarıstan klubu CSKA (Sofiya) olacaq. Bu mərhələnin matçları iyulun 23-də və 30-da keçiriləcək. Təmsilçimizin ilk oyunu evdə olacaq.
Baş Sponsor