Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılıb.
Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdə İslandiyanın “Vestri” klubu ilə qarşılaşacaq. Ağdam komandası ilk oyununu iyulun 9-da evdə, cavab qarşılaşmasını isə həmin ayın 16-da səfərdə keçirəcək.