UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi müəyyənləşib. Ölkə çempionu bu raundda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də və ya 18-də Bakıda, cavab görüşü isə həmin ayın 24-də və ya 25-də Nyukaslda keçiriləcək.