DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda Azərbaycan – İslandiya və noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan – Fransa qarşılaşması üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini noyabrın 6-da saat 18:00-a qədər, noyabrın 7-də isə saat 17:00-a qədər AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən ala bilər.