UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn və oktyabrın 4-də, saat 17:00-da “8-ci km” stadionunda təşkil olunacaq Azərbaycan - Litva qarşılaşmaları üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini sentyabrın 29-da AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən və Azərbaycan - Lixtenşteyn oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək mətbuat konfransından əvvəl əldə edə bilərlər.