17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Millimiz U-17 İrlandiya yığması ilə qarşılaşıb. Görüş İrlandiya komandasının 16:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-17 millimiz (qızlar) seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də Kosovo yığmasına qarşı keçirəcək.