az en
News / Gəncədə qız qapıçılar üçün seçimlər keçirilib

Gəncədə qız qapıçılar üçün seçimlər keçirilib

U-17 (qızlar) Dərc olundu: 25.09.2026 Çap
Gəncə şəhərində Avropa çempionatı öncəsi hazırlıqlarını davam etdirən Azərbaycan U-17 qızlardan ibarət milli komandasının təlim-məşq toplanışı keçirilib.
Gəncədə qız qapıçılar üçün seçimlər keçirilib
Toplanışla paralel olaraq, regionlarda qız futbolunun inkişafı və perspektivli qapıçıların müəyyənləşdirilməsi məqsədilə seçim keçirilib. Gəncə və ətraf rayonlardan müxtəlif yaş qruplarını təmsil edən qız qapıçılar seçimdə iştirak ediblər.
Seçim zamanı iştirakçıların texniki və fiziki hazırlığı, reaksiya, koordinasiya və digər qapıçılıq bacarıqları qiymətləndirilib.
Keçirilən seçimin Azərbaycanın digər rayonlarında da davam etdirilməsi planlaşdırılır. Məqsəd regionlarda istedadlı qız futbolçuları və qapıçıları müəyyənləşdirmək, onların inkişafını izləmək və milli komandaların oyunçu bazasını genişləndirməkdir.
AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən qarşıdakı dövrdə müxtəlif rayonlarda bu cür seçim və inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
 
Baş Sponsor