az en
News / Rəşad Eyyubov: “Növbəti oyuna hazır çıxmalıyıq”

Rəşad Eyyubov: “Növbəti oyuna hazır çıxmalıyıq”

U-21 Dərc olundu: 01.10.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Şotlandiya yığmasına qarşı keçirilən oyundan (5:2) sonra fikirlərini bildirib:
Rəşad Eyyubov: “Növbəti oyuna hazır çıxmalıyıq”
“Sözlərim qəribə səslənə bilər, çünki hesab oyunun gedişini tam göstərmir. Amma komandadan razıyam. Cəmi 7 dəqiqə konsentrasiyanı itirdik və qollar buraxdıq. Bu 7 dəqiqəni nəzərə almasaq, yaxşı və keyfiyyətli oyun keçirdik. Fərdi səhvlərimizi analiz edəcəyik. Onları düzəltmək üçün gücümüz var. İndi əsas məqsədimiz bərpa olunmaq və növbəti oyuna yaxşı vəziyyətdə çıxmaqdır”.
Baş Sponsor