21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. B qrupunda yer alan millimiz səfərdə Şotlandiya yığması ilə qarşılaşıb.
“Reqbi Park”da keçirilən görüş ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində qolları 21-ci dəqiqədə Nəriman Axundzadə, 70-ci dəqiqədə isə Raul Məmmədov vurub.
Qeyd edək ki, U-21 millimiz qrupda növbəti oyununu oktyabrın 6-da evdə Cəbəllüttariq yığmasına qarşı keçirəcək.