21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Millimiz Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Reqbi Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Görüşün idarə olunması Norveçdən olan hakimlər briqadasına həvalə edilib.
Oyun “İdman Tv” kanalı vasitəsilə canlı yayımlanacaq.
30 sentyabr
Şotlandiya (U-21) – Azərbaycan (U-21)
Reqbi Park, saat 22:30
Baş hakim: Matius Stöfrinqshauq
Baş hakimin köməkçiləri: Erlan Hareland, Edvard Helgerud
Dördüncü hakim: Məhəmməd Osman Aslam